Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 16:17

Rusiya prezidenti Yerevanda rəsmi səfərdədir


Rusiya prezidenti Dmitri Medvedev Ermənistanda rəsmi səfərdədir.

Sabah onun Ermənistan prezidenti Serj Sarkisyanla görüşü nəzərdə tutulub.

Səfəri zamanı Ermənistandakı Rusiya bazasının müddətinin uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanacağı gözlənilir.

Sənəddə deyilir ki, bu baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də yerli qüvvələrlə birlikdə Ermənistanın təhlükəsizliyini təmin edəcək.

Bundan başqa Rusiya Ermənistanı müasir silah və hərbi texnikayla təmin eədəcək.

Dimitri Medvedev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin avqustun 20-dən 22-dək Yerevanda keçiriləcək qeyri-rəsmi sammitində də iştirak edəcək.
XS
SM
MD
LG