Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:18

Bəxtiyar Hidayət "Haram"


ŞƏHİD ANASI NAİLƏ AXUNDOVA ÜÇÜN

O, əsgər yollananda

Arxasınca əllərin su atmışdı ay bacı

O şəhid yollananda

Arxasıyca gözlərin su atmışdı ay bacı

O əsgər yollananda, o şəhid yollananda

Arxasıyca əllərin yelləndi bayraq kimi

Qarşında baş əyirəm, əllərindən öpürəm



Onsuz da ürəyimin yağı əriyir, bacı

Al apar ürəyimi o məzara şam olsun

Ziyarətə gəlmişəm, əllərin Kəbəm olsun

Qarşında baş əyirəm, əllərindən öpürəm



Mən çoxdan qurumuşdum

Anaların göz yaşı bir də göyərtdi məni

Indi kədərdən, dərddən bolca bar gətirmişəm

Başım daim aşağı

Qarşında baş əyirəm, əllərindən öpürəm



Sən oğul böyütmüşdün

O həm səni böyütdü, həm Vətəni böyütdü

Daha bu qara torpaq min il böyüdər onu

O da qara geyinib şəhidlərə yas tutur

Sən qara geyiminlə qara torpaq kimisən

Qarşında baş əyirəm, əllərindən öpürəm



Bilsin milyon manatliq ayı saxlayan kəslər

Sənin bircə kəsinti dırnağına dəyməzlər

Indi gör ki o əllər necə müqəddəsdilər

Qarşında baş əyirəm əllərindən öpürəm

Qarşında baş əyirəm, əllərindən öpürəm


SAĞLIQ

Bütün qapılardan qovldun
dalın təriklənə -təpiklənə
amma yenə dilindən tərif düşmür
ağzın pivə kimi köpüklənə-köpüklənə
boşaldıq bulud kimi
bərkidik qurud kimi
bizə şahlıq yaraşır
pivəyə noxud kimi

Gün-güzəranın- “səhər naxıra axşam axıra”
çürüdün beləcə
için qıcqırdı döndü çaxıra
dolaşdıq kəndir kimi
alışdıq təndir kimi
bizə şahliq yaraşır
çaxıra pendir kimi

Vəzifədə böyüyənlər həm də gözlərində böyüdü
və onlar gözlərində böyüdükcə mənliyin kiçildi
qanın araq kimi içildi
işimiz qələt kimi
olmuşuq alət kimi
bizə şahlıq yaraşır
arağa salat kimi

Ağlama sağlıq deyirəm
ağlama , yazıq
göz yaşların ölü suyu kimi ilıq
ölmədik ölən kimi
gülmədik gülən kimi
bizə çahlıq yaraşır
ölüyə kəfən kimi


HARAM

Kolbasaya mollabaşı halal brendi yapişdıran ölkədə
Hamı hamıdan qapışdıran ölkədə
Nə var ki haram iş görməyə- sevgili dostum

Mən zatən haramlardan qaçmadim
Araq içdim, donuz əti yedim və sair

amma başqa haram işim yox
nə adam satmışam
nə iki kilo pesoka səs vermişəm
nə falçıya getmişəm
nə haca ismarıc göndərmişəm
nə rəhbərə əl çalmışam
nə sözümü yemişəm
nə də yaşasın ümummilli lider demişəm

sözsüz “haram olsun” mükafatını çox almışam
haram olsun bu torpağın suyu , çörəyi deyiblər
olmadin ata-ananın dirəyi deyiblər
haram olsun aldığın maaş deyiblər
olmursan hökumətnən bağrı badaş deyiblər

sevgili dost
zatən bu xarabada yaşamın özü haram
susanın susması haram, danışanın sözü haram


Haram işlərim çoxdu dostum beləcə
Və bu boyda haramların siyahısına
Bir haram da qatacam

Gəl bu gecə haram qatım
Ikimizin də yuxusuna

Elə oxşa məni
Elə əzizlə məni
Halal olsun deyim


ŞEYTANIM MƏNİM

Sən güclüsən sevgili dost
zamandan güclüsən
yel olub yanından ötə bilməyib zaman
daha da gözəlləşirsən zaman getdikcə

sən güclüsən sevgili dost
can alan gözlərin deyir ki
əzrayıldan güclüsən

sən güclüsən sevgili dost
allahdan güclüsən
sənə qara gün verdikcə
qara gözlərin gözəlləşdi

sən güclüsən sevgili dost
o boyda dindən güclüsən
çadtaya bürünmədin
gözəlliyə büründün

sən güclüsən sevgili dost
iqtidardan güclüsən
həqiqətdən qorxur bu iqtidar
sənsə haqsan- başdan başa

sən güclüsən sevgili dost
müxalifətdən güclüsən
bu müxalifət birləşə bilmir
səndəsə birləşib
gözəllik, dözüm , zənginlik, kamillik və sair

indi intihar sevdasındasan
mənnən istəklimi ölüm
sənə kimin gücü çatar özündən özgə
özündən güclü özünsən
özündən güclü özün
əl qaldırar sənə

səni allaha da qısqanıram, sevgii dost
sevməsin səni
yanına tez aparar
odur ki sənə şeytanım deyirəm

onsuz da uşaqlığını elə qorumusan ki
biz qarabağı elə qoruya bilmədik
bir ordudan güclü şeytanım mənim

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG