Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Azərbaycanla Türkiyə müdafiə sahəsində layihələri müzakirə edəcəklər


Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində layihələri müəyyənləşdirmək üçün şirkətlərin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməyi planlaşdırırlar.

Bu barədə APA agentliyinin Müdafiə Sənayesi Nazirliyinə istinadla xəbər verir.

Tərəflər əməkdaşlıq məqsədi ilə İşçi Qrup yaratmaq, müntəzəm görüşlər keçirib yeni layihələri müzakirə etmək, tenderlər barədə bir-birlərini məlumatlandırmaq və beynəlxalq müdafiə sərgilərində birgə iştirak barədə razılıq əldə ediblər.

Qeyd edək ki, indiyədək Türkiyə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazırda həyata keçirdiyi Milli Gəmi İnşası, Müştərək Hücum Helikopteri (ATAK),
Milli Tank Proyekti və yeni Piyada Tüfəngi, pilotsuz uçan aparatların istehsalı layihəsində iştirakında maraqlı olduğunu bəyan edib.
XS
SM
MD
LG