Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:31

Bloqqerlərin kasasiya şikayətinə baxılır


Avqustun 19-da Ali Məhkəmədə həbs olunmuş bloqqerlər Emin Milli və Adnan Hacızadənin kasasiya şikayətinə baxılacaq.

Hacızadə və Milli beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıb. Onlar ötən ilin noyabrında xuliqanlıq ittihamı ilə 2 və 2,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Martın 10-da Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Yerli və beynəlxalq demokratik ictimaiyyət əmindir ki, gənclər İnternetdə nümayiş etdirdikləri fərqli düşüncələrinə görə təqib olunurlar.
XS
SM
MD
LG