Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:06

Azərbaycanla Rusiya qazın qiymətini müzakirə edirlər


Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom" şirkəti gələn il üçün qazın qiymətilə bağlı danışıqlar aparır”.

Bunu jurnalistlərə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

O, qeyd edib ki, hazırda bu yöndə danışıqlar gedir və Azərbaycanın qaz ehtiyatları Rusiyaya 2 milyard kubmetr qaz ixrac etməyə imkan verir.

Qeyd edək ki, Azərbaycan bu il Rusiyaya bir milyard kubmetr qazı ixrac edəcək və gələcəkdə bunu 2 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub.
XS
SM
MD
LG