Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:47

Türkiyənin İsraildəki səfirliyinə girən yaraqlı vurulub


Flags-Turkey-Israel
Flags-Turkey-Israel
İsraildə Türkiyə səfirliynə soxulan adam vurulub

Türkiyə səfirliyinin Tel-Əvivdəki səfirliyinə xosulan adam vurulub və yaralanıb. Röyters agentliyi adını açıqlamayan İsrailli rəsmiyə istinadən bu xəbəri yayıb. İsrail mediası vurulan adamın yaraqlı fələstinli olduğunu yazıb. Məlumata görə, fələstinli qısa bir müddətə də olsa iki səfirlik işçisini girov saxlamağa macal tapıb.

İsrail radiosunun xəbərinə görə, yaraqlı həm İsrail, həm də Fələstin xüsusi xidmət orqanları tərəfindən axtarıldığı üçün Türkiyədən siyasi sığınacaq istəyirmiş.

Xəbərə görə, yaraqlı şəxs pəncərədən görünən kimi polis snayperi tərəfindən vurulub. Səfirliyin yanından keçən geniş yol hərəkətə bağlanıb və hadisə yerində təcili yardım maşınları gətirilib.

Türkivə və ənənəvi müttəfiqi olan İsrailin münasibətləri may ayında fələstinə yardım aparan türk gəmisinə hücumdan sonra korlanmışdı. İsrail komandoslarının gəmiyə hücumunda 9 Türkiyə vətəndaşı həlak olsa da, Sirail hadisəyə görə üzr istəməkdən imtina etmişdi.



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG