Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:33

Tel-Əvivdə Türkiyə səfriliyinə girən yaraqlı vurulub


İsraildə Türkiyə səfirliynə soxulan adam vurulub

Türkiyə səfirliyinin Tel-Əvivdəki səfirliyinə soxulan adam vurulub və yaralanıb. Röyters agentliyi adını açıqlamayan İsrailli rəsmiyə istinadən bu xəbəri yayıb. İsrail mediası vurulan adamın yaraqlı fələstinli olduğunu yazıb. Məlumata görə, fələstinli qısa bir müddətə də olsa iki səfirlik işçisini girov saxlamağa macal tapıb.

İsrail radiosunun xəbərinə görə, yaraqlı həm İsrail, həm də Fələstin xüsusi xidmət orqanları tərəfindən axtarıldığı üçün Türkiyədən siyasi sığınacaq istəyirmiş.

Xəbərə görə, yaraqlı şəxs pəncərədən görünən kimi polis snayperi tərəfindən vurulub. Səfirliyin yanından keçən geniş yol hərəkətə bağlanıb və hadisə yerində təcili yardım maşınları gətirilib.

Türkivə və ənənəvi müttəfiqi olan İsrailin münasibətləri may ayında fələstinə yardım aparan türk gəmisinə hücumdan sonra korlanmışdı. İsrail komandoslarının gəmiyə hücumunda 9 Türkiyə vətəndaşı həlak olsa da, İsirail hadisəyə görə üzr istəməkdən imtina etmişdi.

XS
SM
MD
LG