Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

«Azəriqaz» Müdafiə Nazirliyini məhkəməyə verib


Avqustun 17-də Bakı Apelyasiya Məhkəməsində ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin (İB) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddia əsasında ilkin məhkəmə baxışı keçirilib.

Hakim Elmira Nağıyevanın sədrlik etdiyi prosesdə məhkəmə baxışının vaxtı müəyyənləşib. Məhkəmə baxışı avqustun 23-nə təyin olunub.

«Azəriqaz» Müdafiə Nazirliyinə 17977,36 manat borcunu ödəmədiyi üçün iddia qaldırıb.

Lakin 2 saylı Bakı Yerli iqtisad Məhkəməsi iddianı təmin etmədiyindən «Azəriqaz» İB apelyasiya şikayəti verib. /APA/
XS
SM
MD
LG