Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 08:40

«Yeni Müsavat»ın əməkdaşı prokurorluğa çağırılıb


«Yeni Müsavat» qəzetinin əməkdaşı Türkan Turan avqustun 18-də prokurorluqda ifadə verəcək. Bu barədə AzadlıqRadiosuna qəzetin baş redaktorunun müavini Azər Ayxan deyib.

«Bu gün Xətai rayon Prokurorluğunun müstəntiqi Elçin Musayev əməkdaşımız Türkan Turanı orqan mafiyası ilə bağlı yazdığı araşdırmaya görə, prokurorluğa çağırıb. Sabah müxbirimiz prokurorluğa gedəcək və lazım olan ifadələri verəcək».

T. Turan orqan mafiyası ilə bağlı araşdırma yazısı ilə bağlı şahid qismində prokurorluğa çağırılıb.

Məqalə müəllifi «qul bazar»larından birində orqan dəllalları ilə tanış olduğunu və Bakı xəstəxanalardan birində orqan alverinin getdiyini iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG