Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Nokia-Siemens İran hökumətinə yardım etdiyi üçün məhkəmə qarşısında


ABŞ-da hüquq firması iranlı dissidentin adından Nokia Siemens firmasını məhkəməyə verib. Merilenddəki Moavad&Herisçi firması İran hökumətinə insan hüquqlarını pozmağa və represiyalara imkan verən texnologiyalar satdığına görə. Nokia Siemens şirkətinin cəzalandırılmasını istəyir.

İddianamədə bildirilir ki, İranlı dissident İsa Səhərxiz ötən yay Tehrandakı seçki sonrası hadisələrdə, telefon danışıqlarının dinlənilməsindən sonra həbs edilib. Onun mobil telefon danışıqlarının dinlənməsi isə Nokia Siemens şirkətinin İrana verdiyi texnologiyalar sayəsində mümkün olub.
XS
SM
MD
LG