Bu gün müdafiə naziri Səfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi məsələləri üzrə müşaviri Murad Bayarı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı ötən gün ik ölkə prezidentlərinin imzaladığı strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləylə bağlı fikir mübadiləsi aparılıb. Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub.