Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə 21-25, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.
Azərbaycanın rayonlarında da hava yağmursuz olacaq. Gecə 19-24, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.
Abşeron yarımadasında isti temperatur şəraiti və ayrı-ayrı saatlarda havada nisbi rütubətliyin çox olması gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.