Bu gün Əfqanıstanın şərqində silahlıların hücumu nəticəsində iki ABŞ əsgəri və yerli əhalidən iki dinc sakin həlak olub.
Bu haqda NATO-nun Əfqanıstandakı komandanlığından məlumat veriblər.
Təkcə avqust ayında Əfqanıstanda ABŞ-ın 14 hərbçisi həlak olub. İlin əvvəlindən isə koalisiya qüvvələri 435 hərbçisini itirib.