Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Qaçaqmalçılar sərhədçilərə silahlı müqavimət göstəriblər


Azərbaycan-İran sərhədində atışma olub. Bu barədə APA-ya Yardımlı rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə bir neçə gün əvvəl Azərbaycan-İran sərhədinin Yardımlı rayonu ərazisində qaçaqmalçılarla sərhədçilər arasında baş verib. Azərbaycan-İran sərhədini qanunsuz keçən 4 nəfərdən ibarət dəstə ilə sərhədçilər arasında baş verən silahlı insident zamanı qaçaqmalçılardan biri zərərsizləşdirilib. Digər dəstə üzvləri isə qaçmağa müvəffəq olublar.

Hadisə baş verən ərazidən qaçaqmalçılara məxsus 5 kiloqram həşiş, 1 ədəd tapança, 4 ədəd tapança patronu, 1 ədəd tapança gilizi, 2 ədəd avtomat gilizi və 300 blok müxtəlif adda siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
XS
SM
MD
LG