Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:53

APA-nı hakerlər dağıdıb


Avqustun 15-dən etibarən APA (www.apa.az), Lent.az (www.lent.az), Vesti. az (www.vesti.az) və “Apasport” (www.apasport.az) agentliklərinin veb ünvanlarına daxil olmaqda problem yaranıb.

APA qrupun texniki məsələlər üzrə departamentindən verilən məlumata görə, problem saytların yerləşdiyi serverlərin DNS serverinin hakerlər tərəfindən dağıdılması ilə əlaqədardır.

DNS serverin dağılması səbəbindən saytların domen adları dayanıb və giriş məhdudlaşıb. Hazırda saytlara yalnız İP vasitəsi ilə giriş mümkündür.

Departamentdən bildirilib ki, agentliklərin veb səhifələri heç bir zərər görməyib və hazırda saytların yenilənməsi prosesi davam edir.

Aparılan araşrımalar zamanı müəyyən edilib ki, APA qrupa DNS server xidməti göstərən ABŞ şirkətinin istifadəçi serveri (account server) Rusiyanın www.antichat.ru saytının hakerleri tərəfindən dağıdılıb. Saytlara xidmət qarşılığında pul ödəməsini icra edən Visa kartına da müdaxiləyə cəhd edilib.

Hazırda server bərpa edilib. Saytlara girişin tam bərpası isə yaxın 3 saat ərzində mümkün olacaq.
XS
SM
MD
LG