Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

Qarabağ Tehranda müzakirə olunacaq


Sentyabrın 19-da Tehranda «Azərbaycan Respublikası: regionda və dünyada yeri və rolu» mövzusunda seminar keçiriləcək. Bu barədə «İnterfaks-Azərbaycan2 agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Seminarda İran-Azərbaycan, Azərbaycan-Rusiya əlaqələri və onların Qafqaz regionuna təsiri; Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ münaqişəsinin həlli yolları; eləcə də Azərbaycan-Gürcüstan və Azərbaycan-Türkiyə münasibətləri mövzularında çıxışlar olacaq.

Bundan başqa, seminarda Azərbaycanın MDB, Qərb ölkələri, Avropa İttifaqı ilə münasibətləri və Qarabağ münaqişəsinin həllində onların rolu, o cümlədən ATƏT-in Minsk Qrupu ilə əlaqələri müzakirə mövzusu olacaq.
XS
SM
MD
LG