Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Türkiyə prezidenti Azərbycana gəlir


Türkiyə prezidenti Abdulla Gül avqustun 16-17-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Türkiyənin Bakıdakı səfirliyinin məlumatında bildirilir.

Gül Bakıya prezident İlham Əliyevin dəvəti ilə gəlir.

Türkiyə prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Prezidentlər arasında ikitərəfli və çoxtərəfli görüşlər olacaq.

Avqustun 16-da Türkiyə prezidenti Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, Qafqaz Müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadə ilə görüşlər keçirəcək.

Avqustun 17-də isə o Şəki və Zaqatala rayonlarında olacaq. Sabah Abdulla Gül Zaqatala Beynəlxalq aeroportundan Türkiyəyə yola düşəcək.

XS
SM
MD
LG