Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:30

Azərbaycanda «qara transplantasiya» yoxdur


Baş Prokurorluq Azərbaycanda insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası hallarının mövcudluğunu təkzib edir.

Baş Prokurorluq «qara transplantasiya» ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyinə istinadən yayılan məlumatları araşdırıb. Ukrayna Baş Prokurorluğunun Xarici Əlaqələr İdarəsi ilə əlaqə saxlanılıb, eyni zamanda Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar tabe qurumlara müvafiq əməliyyat tapşırıqları verilib.

«Aparılmış ilkin araşdırmalarla respublika ərazisində, o cümlədən Bakı şəhərində insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməmişdir. Lakin bu kimi halların aşkar edilməsi istiqamətində Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli şəkildə intensiv əməliyyat tədbirləri davam etdirilir və belə hallar aşkarlanarsa qanuna müvafiq tədbirlərin görülməsi təmin olunmaqla bu baradə ictimaiyyətə məlumat veriləcəkdir», - deyə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Bir neçə gün əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin İnsan Alveri Departamentinin rəhbəri Yuriy Kuçerə istinadən yayılan məlumatda qeyd olunurdu ki, Ukraynda insan orqan və toxumalarının qanunsuz transplantasiyası ilə məşğul olan qrup aşkarlanıb.
Ukrayna və İsrail vətəndaşlarından ibarət həmin qrup uzun müddət Belarus, Moldova, Özbəkistan və Ukrayna vətəndaşlarını pulla ələ alaraq onların orqanlarının çıxarıb varlı adamlara orqan transplantasiyası aparırmış

Məlumatda bildirlirdi ki, həkimlər transplantasiyanı Kiyev, Azərbaycan və Ekvadorda aparırmışlar.
XS
SM
MD
LG