Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:53

«Hər mollanın öz prospekti var…»


Şeyx Mübariz Qaçayev
«Panorama» verilişinin qonaqları Müşfiqabad məscidinin imamı Şeyx Mübariz Qaçayev və dini ekspert Elşad Miri Qazilər Şurasının mollaların attestasiyadan keçirilməsi barədə qərarına münasibətlərini bildiriblər.

ŞEYX MÜBARİZ QAÇAYEV:

«Mollaların attestasiyadan keçirilməsinə ehtiyac var. Ancaq bu işi kim həyata keçirəcək? Məsələnin bu tərəfinə xüsusi önəm verilməlidir. Azərbaycanda hər mollanın öz prospekti var. Başqa molla onun prospektinə keçə bilməz. İslam elə bil yalnız ölülərə dua oxumaq üçündür. Bunlar İslamı qəbiristanlıq dininə çeviriblər. Halbuki, İslam həyat dinidir…».

ELŞAD MİRİ:

«Məncə, QMİ bununla gündəmdə qalmaq istəyir. Əvvəllər də bu məsələni ortaya atmışdılar, sonradan yaddan çıxdı. Necə ki, bir vaxtlar nəzir qutularının şəffaf qutularla əvəz edilməsi məsələsini ortaya atmışdılar. QMİ bünövrəsiz yerdə bina tikmək istəyir. Bu idarədə peşəkar attestasiya keçirmək üçün kadrlar çox azdır. Əslində, QMİ-nin özünün attestasiyaya ehtiyacı var. Yox əgər bu təşkilat mollalara yalnız ölü yumaq üçün vəsiqə vermək istəyirsə, bunu bacarmaq olar…».

Elşad Miri
Qonaqlar bəzi hərbi hissələrdə namaza qadağalar qoyulmasına da münasibətlərini bildiriblər:

ŞEYX MÜBARİZ QAÇAYEV:

«İstər orduda, istərsə də başqa bir sahədə İslama hörmət edilməlidir. Mömin hərbiçilərin dövlətə qarşı çıxacağından çəkinmək lazım deyil. Əksinə, islam dövlətçiliyi qəbul edir. Dövlətin büdcəsini yeyib, dağıdanlara isə pis baxır. Dövlət büdcəsini dağıdanların yeri cəhənnəmdir…».

ELŞAD MİRİ:

«Bəzən əsgərlər orduda namazdan sui-istifadə edirlər və bu da zabit heyətini sərt tədbirlər görmək məcburiyyətində qoyur. Halbuki, orduda namaz qılan, oruc tutan insanların olması heç də ziyanlı deyil. Əksinə, belə insanlar ordunun döyüş ruhunu artırırlar…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG