Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:58

Milli Parkda yanğın yeniyetmələrin ehtiyatsızlığından baş verib


«Şahdağ Milli Parkının Qəbələ rayonundakı meşə ərazisində yanğın hadisəsinin baş vermə səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan yeniyetmələrin ehtiyatsızlığından baş verdiyi ehtimal olunur».

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata əsasən, avqustun 13-də saat 17:00 radələrində baş verən yanğın 4 ha ərazini əhatə edib.

Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Şamaxıda yerləşən hərbi hissəsinin əsgərləri, Qəbələ rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları iştirak ediblər. Yanğını söndürülməsinə FHN-in 1 helekopteri də cəlb olunub.

Yanğının baş verdiyi ərazi seyrək meşəlik, əsasən kol-koslu qayalıq ərazi olduğundan meşəyə ciddi ziyan dəyməyib. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, son günlər havaların isti və quraqlıq keçməsi meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğın təhlükəsini artırıb.
XS
SM
MD
LG