Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:57

Yasamalda qətl törədənlər yaxalanıb


Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu Yasamal rayonunda cinsi azlıqları qətlə yetirən şəxslərin tutulması ilə bağlı məlumat yayıb.

Prokurorluğun rəsmi internet saytında yayılmış məlumatda bildirilir ki, avqustun 11-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 546-cı məhəllə, ev 28, mənzil 194-də üzərlərində çoxsaylı bıcaq yarası olan iki naməlum kişi meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Aparılan ilkin araşdırmalarda öldürülənlərin Qasımov Zamiq Qasım oğlu və Kuzmin Yadigar Eldar oğlu olduqları müəyyənləşib.

Hüquq mühavizə orqanlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddət ərzində cinayəti törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakinləri - 1989-cu il təvəllüdlü Ağayev Qəhrəman Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənquliyev Məqsəd Musa oğlu və 1991-ci il təvəllüdlü Muradov Zaur Rafiq oğlu avqustun 14-də tutularaq istintaqa cəlb olunublar.

Onların 3-də cinayət əməlini etiraf edərək Z.Qasımov və Y.Kuzmini tamah məqsədi ilə qəsdən öldürdüklərini və sonunculara məxsus dörd ədəd mobil telefon aparatı, bir ədəd noutbuk kompüteri və cinayətin aləti kimi istifadə etdikləri iki ədəd bıçağı istintaqa təqdim ediblər.

Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG