Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:56

BMT-nin Baş Katibi Pakistana gedir


Pakistanın Xarici İşlər nazirinin məlumatına görə BMT-nin Baş Katibi Ban Ki-Mun avqustun 14-də onun ölkəsinə səfər edəcək. Nazirlik Baş Katibin iki gün ərzində ölkədə seldən zərər çəkmiş adamlara yardımın çatdırılması yollarını müzakirə edəcək. Onun fəlakət bölgəsinə səfəri də nəzərdə tutulur.

Xarici İşlər Nazirliyi eyni məqsədlə ABŞ senatoru Con Kerrinin də Pakistana səfərinin planlaşdırıldığını bildirir.

BMT Pakistanda son vaxtlar baş vermiş sel fəlakətindən 1600 nəfərə yaxın adamın həlak olduğunu bildirir. Yerli rəsmilər hələlik 1343 nəfərin öldüyünü təsdiqləyiblər. Pakistan rəsmilər 20 milyon adamın bu fəlakətdən ziyan çəkdiyini bildirir.
XS
SM
MD
LG