Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 11:17

Mollaların attestasiyası şəffaf olacaq

Təzə Pir məscidi
Təzə Pir məscidi
Qafqaz Müsəlmanları İdarəsi avqustun 13-də mollaların attestasiyasına dair mətbuatda gedən fikirlərlə bağlı açıqlama yayıb.

Həmin fikirləri, qərəzli, qeyri-obyektiv hesab edən QMİ bildirir ki, attestasiya bu sahənin təmsilçilərinin öz vəzifələrini həyata keçirməyə yararlılığını müəyyən etmək üçündür:

«Bəzi üzdəniraq şəxslərin din xadimi adına xələl gətirən dələduz əməlləri adamların heysiyyətinə toxunur, hörmətli din xadimlərini nüfuzdan salır. QMİ bunu milli mənəviyyata zərər vuran bir hal kimi dəyərləndirir. Öz dini biliklərinə güvənən şəxslər QMİ-yə gəlmədən yerlərdə keçiriləcək attestasiya prosesində iştirak edə bilərlər».

Məlumatda qeyd olunur ki, attestasiya şəffaf və qərəzsiz keçiriləcək. Onu uğurla keçən dindarlar dini vəzifəyə təyinat alaraq vəsiqə ilə təmin olunacaqlar.
This item is part of
XS
SM
MD
LG