Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 19:28

Yaşayış evində partlayış olub


Bu gün səhər Rəsul Rza və Füzuli küçəsinin kəsişməsində yerləşən birmərtəbəli evdə partlayış olub. Evdə yaşayan 5 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alanlardan biri azyaşlı uşaqdır.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, uşağın vəziyyəti yüngül olsa da digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

İlkin ehtimallara görə, hadisəyə qaz sızması səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Faktla bağlı təhqiqat aparılır.

XS
SM
MD
LG