ABŞ İranda dini təqiblərdən ciddi narahat olduğunu bildirib.
İranda bəhai dini hərəkatının 7 liderinin 20 il azadlıqdan məhrum edilməsi ilə bağlı dövlət katibi Hilları Klinton deyib ki, ABŞ bütün dünyada dini azadlıqları müdafiə edir və İranda ən böyük qeyri-müsəlman icması olan bəhailəri diqqətdən kənar qoymur.
Bəhai dininin liderləri 2008-ci ilin mayında həbs olunublar. Bu il isə xarici dövlətlərin xeyrinə casusluq, korrupsiya, islamı gözdən salma və İsraillə əməkdaşlıq etməkdə ittiham olunublar.