Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:48

Prezident ilk dəfə təbii fəlakət zonalarında olub


Pakistan prezidenti Asif Əli Zərdari cümə axşamı ilk dəfə olaraq təbii fəlakət zonalarına baş çəkib.

Ötən həftə boyu Avropada səfərdə olan Zərdari, ölkə daxilində kəskin tənqidlərlə üzləşib.

Çammat hesab edir ki, Zərdari səfəri təxirə salmalı və hümanitar yardımlara birbaşa özü rəhbərlik etməliydi.

Pakistanda baş vermiş daşqınlarda indiyədək 1600-dən çox adam ölüb, ümumilikdə 14 milyon sakinə ziyan dəyib.

BMT beynəlxalq aləmi təcili Pakistana 460 milyon dollar yardım ayırmağa çağırıb.

Sinoptiklər xəbərdarlıq edib ki, ölkədə yeni daşqın dalğası gözlənilir.
XS
SM
MD
LG