Onlar Metronun «28 May» stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində kösklərinin əllərindən alındığını və hələ də geri qaytarılmadığını deyirlər.
Sahibkar Qəzənfər Şabanov AzadlıqRadiosuna bildirib ki, şirkət ayın 12-də yerlərin qaytarılıb onlarla müqavilə bağlanacağını vəd eləsə də indi bunun mümkün olmadığını deyir.
Sahibkarlar hüquqları bərpa olunmayınca aksiyanın davam etdiriləcəyini deyirlər.
ZQAN-ın mühafizə xidmətindən Füzuli Qəhrəmanov isə AzadlıqRadiosunun əməkdaşına bildirib ki, sahibkarların problemləri həll ediləcək.