Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Meşə yanğınları şüalanmış ərazilərə keçir


Rusiyada meşə yanğınları Cernobl faciəsi zamanı şüalanmış ərazilərə keçir.

Fövqəladə Hallar Nazirliyi bu həftə Bryansk vilayətində 6 belə yanğın müşahidə olunduğunu və alovun spndürüldüyünü deyir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hələlik Brayansk vilayətində radiasiyanın artdığı müşahidə olunmayıb.

Bu vilayət Cernobl faciəsinin baş verdiyi Ukrayna ilə sərhəddə yerləşir.

Nazirlik həmçinin ötən gün ərzində meşə yanğınlarının 10 min hektar azaldığını deyir.

Moskvada istilər səngiyib.

Yaxın günlərdə şimal-şərq küləyi gözlənildiyindən tüstünün şəhərə doğru hərəkət etməyəcəyi ehtimal olunur.

Sinoptiklər gələn həftənin əvvəllərində Rusiyanın Avropa hissəsində istilərin səngiyəcəyini deyirlər.

XS
SM
MD
LG