Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 14:18

AZAL-ın təyyarəsinin burnu qırılıb



İstanbul şəhərinin Atatürk hava limanında Azərbaycana məxsus sərnişin təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb. Məlumatı APA yayıb.

AZAL-ın Türkiyə nümayəndəliyindən APA-ya bildiriblər ki, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinə məxsus, içində 119 sərnişin olan «Airbus 319» təyyarəsi Türkiyə vaxtı ilə saat 11.00-da Atatürk hava limanının 05-23 saylı zolağına enib.

Təyyarə yerə endikdən sonra zolaqdan çıxaraq kənardakı torpaq sahəyə girib. Nəticədə təyyarənin burnu sağ tərəfdən qırılıb. Sərnişinlər arasında xəsarət alan yoxdur. Onlar təyyarənin qəza qapılarından çıxarılıb. Hadisənin səbəbləri araşdırılır.

Hürriyet Video'larını izlemek için Flash 7 veya daha yüksek eklenti yüklenmeniz gerekmektedir. Yüklemek için tıklayınız!!!

Günün bütün mövzuları

XS
SM
MD
LG