Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:31

Ramil Usubov: «Azərbaycan MDB-də sonuncudur»


Daxili İşlər Naziri Ramil Usubov
Daxili İşlər Naziri Ramil Usubov
«Yüz min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycan MDB məkanında sonuncu yerlərdən birini tutur».

Bu fikirləri Daxili İşlər Naziri Ramil Usubov avqustun 10-da Niderland Krallığının Ədliyyə Naziri ilə görüşdə deyib.

Nazir bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda gərgin ictimai-siyasi və kriminogen durum olsa da, daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində 1995-ci ilin sonlarından başlayaraq, sabitlik bərqərar olub, əməliyyat şəraiti tam nəzarətə götürülüb.

Nazir deyib ki, kriminogen durumun nəzarətdə olması, sabitliyin təmini Azərbaycan və eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb fəaliyyət göstərməsinə, ölkə iqtisadiyyatına külli miqdarda xarici sərmayənin yatırılmasına əlverişli şərait yaradıb.
XS
SM
MD
LG