«Danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaq».
Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimindəki çıxışında səsləndirib.
«Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir», - deyə prezident bildirb.
İlham Əliyev deyib ki, Azərbaycan tərəfi məsələnin dinc yolla, danışıqlar yolu ilə həll olunmasını istəyir, amma qarşı tərəf vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır.