Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:25

Misirdə Ramazan bayramına görə saatı geri çəkiblər


Misirdə Ramanzan bayramına görə bu gün axşamdan yay vaxtı müvəqqəti ləğv olunacaq.

Hökumət müsəlmanların müqəddəs Ramazan bayramının rituallarını asanlaşdırmaq üçün bayram müddətində yay vaxtına geçidi ləğv edərək saatların bir saat geri çəkilməsinə qərar verib. Bununla da günəş əvvəlki hesabdan bir saat daha tez batmış olacaq ki, iftar süfrəsi daha tez açılacaq.

Sentyabr ayında – Ramazan bayramı başa çatandan sonra yenidən yay vaxtı bərpa ediləcək və yenidən əqrəblər bir saat irəli çəkiləcək.

Bu gecədən başlayan bir aylıq Ramazan bayramı günlərində müsəlmanlar günün işıqlı vaxtı oruc tutur, yemək, içmək, çəkmək, seksdən imtina edirlər.
XS
SM
MD
LG