Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Mumbai limanları bir neçə gün bağlı qalacaq


Hindistanın ən böyük dəniz limanlarının yerləşdiyi Mumbai şəhərinin rəsmiləri yük gəmilərində baş vermiş qəzadan sonra iki limanın bir neçə gün bağlı qalacağını bildiriblər.

İki gün əvvəl Mumbainin Jawarhalal Nehru limanına yaxınlaşan yük gəmilərinin toqquşması nəticəsində gəmilərdən birindən yüzlərlə konteyner suya tökülüb. Həmin konteynerlərdəki dizel, neft və başqa yanacaq suya dağılıb.

Avqustun 7-də qonşu limanda da iki Panama gəmisi toqquşub. Ona görə Hindistanın dəniz ticarətinin 40 faizinin həyata keçirildiyi bu iki liman qarşıdakı bir neçə gündə bağlı olacaq.
XS
SM
MD
LG