Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:01

Məhkəmə işçiləri cəzalandırılıb


Xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiyinə görə Qəbələ rayon məhkəmə icraçıları qrupunun rəhbəri Yusif Həsənov tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric olunub. Bu barədə məlumat Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.

Xaçmaz və Hacıqabul icra qruplarının rəhbərləri Bəybala Ağayevə və Ramil Şirəliyevə şiddətli töhmət elan edilərək işlərində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Bir sıra digər yerli icra strukturları rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.
XS
SM
MD
LG