Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 05:47

Rusiya nüvə obyektlərini yanğından qorumağa çalışır


Rusiyada yanğınsöndürənlər ölkəni bürüyən meşə yanğınlarının əsas nüvə obyektlərini də əhatə etməsinin qarşısını almağa çalışırlar. Sarovda nüvə araşdırmaları zavoduna yaxınlaşan yanğının qarşısının alınmasında bir əsgər həlak olub.

Rəsmilər bildirirlər ki, artıq yanğın Uralda nüvə zavoidlarından birini əhatəyə alıb, yanğın Snejinsk şəhəri yanğınlığında da daha bir bu cür zavoda yaxınlaşır.
İki həftədir davam edən meşə yanğınında 50-dən çox adam həlak olub.

Rəsmilər hökumətin həddən artıq isti havalara hazır olmaması barədə tənqidləri rədd edirlər. Prezident Dmitri Medvedev dünən ölkənin böyüklüyünə işarə edərək bildirib ki, “ola bilər, Lüksemburqda meşə yanğınlarına qarşı mübarizə aparmaq Rusiyadan daha asandır.”
XS
SM
MD
LG