Göygöl rayonunda isti hava yanğına səbəb olub. Yanğın rayon mərkəzindən 35 km aralıda yerləşən Yeni Zod kəndindəki dağlıq ərazidə baş verib.
Göygöl rayon Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, 2 hektar sahə yanıb. Yanğının yaxınlıqdakı meşə sahəsinə keçməsinin qarşısı alınsa da mütəxəssislər meşə yanğını ehtimalının olduğunu deyirlər.