Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 00:40

Ordu ilə döyüşdə beş PKK yaraqlısı öldürülüb


Türkiyə ordusunun məlumatına görə ötən gecə Türkiyənin cənubunda Batman əyalətində yaraqlı kürd qruplaşması ilə döyüşdə beş yaraqlı öldürülüb. Döyüşdə iki əsgər də yaralanıb.

Bazar günü Batmanla qonşu Mardində PKK yaraqlılarının yola qoyduqları minanın partlaması nəticəsində iki əsgər həlak olmuşdu.

PKK-nın beynəlxalq təşkilatların bir çoxu terror təşkilatı kimi tanıyıb. 1984-cü ildən bəri bu təşkilatın separatçı addımları nəticəsində 45 min nəfər həlak olub.
XS
SM
MD
LG