Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:20

«Azərsu»ya qarşı məhkəmə ayın 25-dədir


Oğuz-Qəbələ-Bakı su kəmərinə görə kompensasiya ala bilməyənlərlə bağlı birinci məhkəmə iclası avqustun 25-də keçiriləcək.

Avqustun 9-da Yasamal məhkəməsində Qəbələ rayonu Şamlı kənd sakini Vidadi Rəfiyevin iddiası üzrə keçirilən hazırlıq iclasında belə qərar verilib.

Vidadi Rəfiyev iddia edir ki, 2006-cı ildən 2,51 hektarlıq əkin sahəsi alınsa da, əvəzində ona nə pul, nə başqa yerdən torpaq verilib.

Ona görə də «Azərsu»dan 126 min manat kompensasiya -yəni hər sota görə 500 manat tələb edir. İddiaçı həmçinin ona dəymiş zərərə görə 50 min manat «Azərsu»dan, 50 min manat isə su kəmərinin podratçısı olan «Tural Xəzinədaroğlu» şirkətindən tələb edir.

Rəfiyev hesab edir ki, Qəbələ rayon icra hakimiyyəti də ona 50 min manat kompensasiya ödəməlidir. Çünki rayon rəhbərliyi müraciətlərinə müsbət cavab verib əməl etmədiyi üçün o, 4 il torpağından istifadə edə bilməyib.

İddiaçının sözlərinə görə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə başlananda «Azərsu»dan ona 1 hektara görə 10 min manat vəd ediblərmiş. Amma onun əlində bu barədə rəsmi sənəd yoxdur.
XS
SM
MD
LG