Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Pakistana milyard dollar lazımdır


Birləşmiş Millətlər Təşkilatının Pakistandakı təbii fəlakətlə bağlı xüsusi nümayəndəsi deyir ki, sel-daşqının yaratdığı problemləri aradan qaldırmaq üçün ölkənin milyard dollara ehtiyacı var.

BMT-nin nümayəndəsi Jan Mauric Ripert “Associated Press” agentliyinə bildirib ki, Pakistan fövqəladə vəziyyəti təmin etmək və yenidənqurma işləri aparmaq üçün 100 milyonlarla, bəlkə də milyard dollardan çox tələb edəcək.

O əlavə edib ki, BMT hələ də ehtiyac duyulan köməyi qiymətləndirir.

Ölkənin qərbindəki əyalətlərində bərpa işlərinə daha çox vəsaitə ehtiyac olacaq. Burda iki həftə davam edən musson yağışları ciddi dağıntılar törədib.

Ölkənin baş naziri Yusif Rza Gilani beynəlxalq aləmi Pakistana yardım etməyə çağırmışdı.

Son məlumatlara görə, ölkədə baş vermiş daşqınlarda azı 1600 adam ölüb, təxminən 15 milyon adama ziyan dəyib, 250 mindən çox ev dağılıb.

XS
SM
MD
LG