Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Vağzala partlayıcı qoyulmasıyla bağlı məlumat təsdiqlənməyib


Cənubi Osetiyanın paytaxtı Tsxinvalidə avtovağzala partlayıcı qoyulmasıyla bağlı məlumat təsdiqlənməyib.

Rusiyanın İTAR-TASS agentliyi yerli hüquq mühavizə orqanlarına istinadla xəbər verir ki, axtarış zamanı vağzalın binası və ətraf ərazidə elə bir partlayıcı qurğu aşkar edilməyib.

Naməlum şəxs polisə zəng edərək vağzala partlayıcı qoyulduğunu xəbər verib.

Hazırda zəng edənin kimliyi araşdırılır.
XS
SM
MD
LG