Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Kolumbiya prezidentinin andiçmə mərasimi keçirilib


Kolumbiyanın yeni prezident Xuan Manuel Santos şənbə günündən rəsmi fəaliyyətə başlayıb.

Ölkə paytaxtı Boqotanın mərkəzi meydanında keçirilən andiçmə mərasimində 5 minə yaxın adam iştirak edib.

Santos çıxışında bildiri ki, Venesuela və Ekvadorla diplomatik münasibətlərin bəprpası, qarşısında duran əsas məsələlərdən biri olacaq.

O, həmçinin ölkədə zorakılıqlara son qoyulması üçün qiyamçı qrupla dialoqa hazır olduğunu qeyd edib.

Bundan başqa o, yoxsulluq və işsizliyə qarşı mübarizə aparacağını, yeni iş yerləri yaradacağını vəd edib.
XS
SM
MD
LG