Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) parlament seçkilərində 30 dairədə Müsavat Partiyasına güzəştə gedə bilər.

Artıq partiya sədri Əli Kərimli həmin dairələrin siyahısını Müsavat başqanı İsa Qəmbərə təqdim edib.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. O danışıqlar əsnasında siyahıya yeni dairələrin də əlavə olunacağını istisna etmir.

Bundan başqa, Əli Kərimli AXCP Rəyasət Heyəti ilə Müsavat Divanının birgə toplantısının keçirilməsiylə bağlı da təklif irəli sürüb.

AXCP təkliflərinə Müsavatdan cavab gözləyir:

«Ümid edirik ki, Müsavat Partiyası da adekvat addımlar atacaq və bizə AXCP namizədlərini dəstəkləyəcək dairələrin siyahısını təqdim edəcək».

Müsavat Partiyasından hələ ki, bu təkliflərə münasibət bildirilməyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG