Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 16:25

Şüvəlanda döyülən jurnalistlər narahatdırlar


Elmin Bədəlov
Elmin Bədəlov
İyulun 28-də Bakının Şüvəlan qəsəbəsində jurnalistlərlə birlikdə döyülən iki nəfər polis idarəsində məhz onların əleyhinə ifadə verib.

Bu barədə AzadlıqRadiosuna Şüvəlanda döyülənlərdən «Yeni Müsavat» qəzetinin reportyoru Elmin Bədəlov məlumat verib. O deyir ki, avqustun 7-də Xəzər rayon Polis İdarəsinə zəng edib işin araşdırılmasının nə yerdə olduğunu öyrənmək istəyib:

«İşi aparan müstəntiq araşdırmaların davam etdiyini bildirdi. Dedi ki, iki nəfər şahid ifadə verib, onlar bildiriblər ki, Şüvəlanda jurnalistlərin döyülməsi barədə məlumatlar yalandır».

Elvin Bədəlov deyir ki, əleyhlərinə ifadə verənlər iyulun 28-də onları Şüvəlana, «milyonçular» məhəlləsinə aparan taksi sürücüsü və onun dostudur:

«Bizdən çox xahiş etdilər ki, bizim adımızı heç yerdə çəkməyin. Biz də polisə müraciət edəndə, başqa adamların adını yazmadıq. Halbuki, bizimlə birlikdə həmin şəxslərə qarşı da zor işlədilmişdi».

Jurnalist döyüldükləri halda proseslərin onların əleyhinə çevriləcəyindən narahatdır. Bu səbəbdən də Elmin Bədəlov Daxili İşlər Nazirliyinə müraciət etməyə hazırlaşır.

İyulun 28-də «Yeni Müsavat» və «Milli Yol» qəzetlərinin müxbirləri Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu iddia edilən imarətin şəkilini çəkərkən döyülüblər.
XS
SM
MD
LG