Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 05:50

Daşqında ölənlərin sayı 1600-ə çatıb


Pakistanın baş naziri Yusif Rza Gilanı ölkədə vəziyyətin olduqca gərgin olduğunu deyir.

Ölkənin cənubundakı Sind əyalətində təhlükənin səviyyəsi son həddə qaldırılıb.

Yarım milyon yerli sakin köçürülüb, yüzlərlə evi su basıb.

Ümumilikdə daşqın nəticəsində azı 1600 adam ölüb, 12 milyondan artıq insana ziyan dəyib.

Bu son 63 il ərzində Pakistanda ən dəhşətli daşqındır.

Xayber –Paxtunxva, Pəncab və Sind əyalətlərində 100 minlərlə ev dağılıb.

Ölkənin baş naziri Yusif Rza Gilanı beynəlxaql aləmi yardıma çağırıb.

Rəsmilər xəbərdarlıq edib ki, yağışlar kəsmədiyinə görə, vəziyyət daha da gərginləşə bilər.

XS
SM
MD
LG