Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 11:12

Su basmış ərazilərdə 1500-ə yaxın ev tikiləcək


Salyan rayonu, 5 may 2010
Avqustun 6-da Saatlı rayon İcra Hakimiyyətinin binasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.

Müşavirədə su basmış rayonlarda yaşayış evləri və sosial obyektlərin bərpası və yenidənqurulması məsələləri müzakirə olunub.

Belə ki, artıq avqustun 9-dan etibarən 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinin başlanılması və oktyabr ayının sonuna kimi yekunlaşdırılması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Fəlakət zonasında yerləşən 20-yə yaxın məktəb binasında təmir-tikinti işlərini dərs ili başlanana qədər tamamlamaq nəzərdə tutulur.

Bundan əlavə, yaxın günlərdə bərpa-gücləndirməyə ehtiyacı olan evlərdə işlərin, habelə bəndlər arasında yerləşən evlərin köçürülməsinə başlanılmasına qərar verilib.
XS
SM
MD
LG