Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:25

Rusiyanın qadağaları buğdanın qiymətini qaldırır


Rusiya ilin sonuna qədər ölkədən buğda idxalına qadağa qoyduğunu açıqlayandan sonra dünya bazarında buğdanın qiyməti son iki ildə ən yüksək səviyyəyə çatıb.

Baş nazir Vladimir Putin bugünlərdə elan edib ki, quraqlığa görə Rusiyanın özündə qıtlıq təhlükəsi yarandığından avqustun 15-dən ilin sonuna qədər xaricə buğda satılmasına qadağa qoyulur.

Bu xəbərdən sonra dünya bazarında buğdanın qiyməti iyun ayına baxanda iki dəfəyə qədər qalxıb. BMT-nin Kənd Təsərrüfatı təşkilatı xəbərdarlıq edib ki, Rusiyanın bu addımı kasıb ölkələrdə təhlükəsizlik problemi yarada bilər.
XS
SM
MD
LG