Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, Rusiya rəsmiləri taxıl idxalına qadağalarla bağlı hələlik onlarla əlaqə saxlamayıb. Nazirliyin katibi Yevgeni Aman avqustun 6-da jurnalistlərə bildirib ki, onlar Moskvadan rəsmi bildiriş almayıblar.
Rusiya ölkədə quraqlıq olduğu üçün bu ilin sonuna qədər taxıl idxalına qadağa tətbiq edib və Qazaxıstnla Belorusu da həmin qadağaya qoşulmağa çağırıb.
Qazaxıstan rəsmisi isə deyir ki, Moskvadan bu barədə rəsmi məktub gəlsə, onu nəzərə ala bilərlər. Amma hələlik Qazaxıstan taxıl idxalına məhdudiyyət planlaşdırmır.