Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:49

ABŞ terrorçuluqla mübarəzədə Azərbycanın fəaliyyətini belə qiymətləndirir


ABŞ Dövlət Departamenti dünyada terrorçuluq haqqında illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycanla bağlı bölməsində deyilir ki, Azərbaycan adamları, pul və materialları Qafqaz regionundan keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır: “Azərbaycan səylərini artırıb və terrorçuların vasitəçilərinin iştirakının azalmasında müəyyən uğurlar əldə edib, onların fəaliyyətinin qarşısını alır”.

Hesabatda deyilir ki, 2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair tədbirlərdə məsuliyyətini, çirkili pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi üzrə səylərini artırdığını nümayiş etdirib.

“Azərbaycan terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi olan şəxslərin aşkar edilməsini davam etdirir. Başqa ölkələrin hüquq-mühafizə orqanları ilə informasiya mübadiləsində iştirak edir, Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinə yardım göstərir”.

XS
SM
MD
LG