ABŞ tarixində ilk dəfə olaraq İkinci Dünya Müharibəsində Yaponiyanın Hirosima şəhərinə atom bombası atılmasının ildönümü mərasiminə nümayəndə göndərib. ABŞ-ı bu ölkənin Tokiodakı səfiri Con Roos təmsil edir.
Mərasim iştirakçıları 1945-ci il avqustun 6-da ABŞ təyyarəsinin Hirosimaya atom bombası atmasından 65 il sonra saat 8.15-də həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
ABŞ-ın 1945-ci ildə Hirosimaya atdığı atom bombası nəticəsində 140 min, üç gün sonra Naqasakiyə atdığı atom bombası nəticəsində isə 70 min adam həlak olmuşdu.