Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 02:54

İran sərhədində 68 metrlik Azərbaycan bayrağı tikilir


Astara rayonunda 68 metrlik bayraq tikilir. Bu barədə AzadlıqRadiosuna Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahhim Hüseynov məlumat verib.

Onun dediyinə görə, ayrıca dövlət bayrağı meydanı da olacaq.

Tikinti bir aydan çoxdur ki,davam edir. Bu respublikada üçüncü ən hündür bayraq olacaq. Bayraq üçün qüllə qaldırılıb. Tikintinin sentyabr ayında başa çatacağı gözlənilir.

Bayraq Azərbaycan-İran sərhədinin yaxınlığında, «1941-45» abidəsinin yerində inşa edilir.

Bayrağın ucaldılmasına ayrılmış məbləğ açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG